UEFA Avropa Liqasında qrup mərhələsinin II turunun oyunlarından sonra həftənin futbolçusu açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, bu ada Yunanıstan "Olimpiakos"unun hücumameylli yarımmüdafiəçisi Giorgos Masuras layiq görülüb.
27 yaşlı vinger Türkiyədə "Fənərbağça"ya 3:0 hesabı ilə qalib gəldikləri matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
UEFA Konfrans Liqasında isə İsveçrə "Bazel"inin müdafiəçisi Mixael Lanq həftənin oyunçusu seçilib. 30 yaşlı futbolçu evdə Qazaxıstan "Kayrat"ını 4:2 hesabı ilə məğlub etdikləri görüşdə dubl edib.