Azərbaycan Premyer Liqasında VI turun “Keşlə” – “Sabah” (2:0) oyunundan sonra təşkil olunan mətbuat konfransında meydan sahiblərinin məşqçisi Zaur İsmayılov mətbuat konfransında iştirak edib.
Sportnet.az xəbər verir ki, mütəxəssis ilk olaraq qarşılaşma haqqında fikirlərini bölüşüb.
- Ağır oyun keçdi. Hər iki komanda son sıralarda idi. Hər iki tərəfə qələbə lazım idi. Sevinən tərəf biz olduq. Uşaqlara təşəkkür edirəm. Rəqibə uğurlar arzulayıram.
- Sanki Sənan Qurbanovun texniki zonada yoxluğu daha çox “Keşlə”nin xeyrinədi...
- Belə deməzdim. O, kənardan da olsa, göstərişlərini verirdi. Qələbəmiz çoxdan gözlənilirdi.
- Matçdan sonra Felipe Santozdan tərbiyəsiz jesti oldu. Epizodu görüdüzmü?
- Görmədim. Baxacağıq, belə bir şey olubsa, cəzasını alacaq.
- 90 dəqiqə qapandız. Bu sizin tapşırığınız idi, yoxsa komanda məcbur geri çəkilirdi?
- Rəqibi mərkəzdə qarşılamaq istəyirdik. Erkən qoldan sonra da arxaya çəkildik. Bu, rəqibin hücumları ilə bağlı idi. "Sabah"da texnikalı futbolçular çoxdur. İrəli çıxsaq, çoxlu təhlükələr ola bilərdi.