Rusiyanın "Lokomotiv" (Moskva) futbol komandasına yeni baş məşqçi təyin olunub.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, almaniyalı Markus Gisdol ilə anlaşma əldə olunub.
52 yaşlı mütəxəssis yeni işinin icrasına tezliklə başlayacaq. O, oktyabrın 5-də istefaya göndərilmiş serbiyalı Marko Nikoliçi əvəzləyib.
Qeyd edək ki, Markus Gisdol daha əvvəl yalnız Almaniya komandalarında çalışıb. Təcrübəli baş məşqçinin son iş yeri "Köln" olub.