Kosovo millisinin baş məşqçisi Bernar Şalland istefaya göndərilib.
Sportnet.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna yığmanın 2022-ci il dünya çempionatının seçmə mərhələsindəki uğursuz çıxışı səbəb olub.
B qrupunda keçirdiyi son iki oyunda Gürcüstana 1:2, İsveçə isə 0:3 hesabı ilə uduzan kollektiv 4 xalla sonuncu sırada qərarlaşıb.
Qeyd edək ki, Şalland 2018-ci ildən Kosovo seçməsinə başçılıq edirdi.