"Keşlə" klubunun cəzalandırdığı futbolçusu Anatole Abanq əsas komanda ilə məşqlərə qoşulub.
Paytaxt təmsilçisinin Mətbuat Xidmətindən Sportnet.az-a verilən məlumata görə, buna 25 yaşlı hücumçunun 3 oyunluq cəza müddətinin başa çatması səbəb olub.
Bundan əlavə, "Keşlə"nin digər futbolçusu Elçin Mustafayev çiynindən əməliyyat olunub. 21 yaşlı müdafiəçinin ən az bir ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Qeyd edək ki, AFFA İntizam Komitəsi Anatole Abanqı "Zirə"yə 0:2 hesabı ilə uduzduqları görüşdəki aqressiv hərəkətlərinə görə 3 oyunluq cəzalandırmışdı. Daha sonra klub afrikalı oyunçunu "Keşlə-2"yə göndərib. Elçin Mustafayev isə "Sabah"a 2:0 hesabı ilə qalib gəldikləri VI tur oyununda çiynindən xəsarət alıb.