Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, turun və I dövrənin son oyununda "Qarabağ" "Sabah"ın qonağı olub. Masazırdakı "Bank Respublika Arena"da keçirilən görüş Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
27-ci dəqiqədə Ramin Quliyevin baş məşqçi olduğu komanda azlıqda qalıb. Paraqvaylı hücumçu Xulio Sezar Rodriges "köhlən atlar"ın qapıçısı Şahruddin Məhəmmədəliyevə ayağı ilə zərbə endirdiyi üçün meydandan qovulub. Matçda hesab 44-cü dəqiqədə açılıb. Qonaqların yarımmüdafiəçisi Filip Ozobiç fərqlənib. İlk hissə bu hesabla başa çatıb.
İkinci yarıda da hücumlarını davam etdirən "Qarabağ" 51-ci dəqiqədə Abdullah Zubirin qolu ilə fərqi 2 topa çatdırıb. 65-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Aleksey İsayev buraxılan qollardan birinin əvəzini çıxıb.
Bu qələbədən sonra xallarını 17-yə çatdıran "Qarabağ" zirvədəki yerini möhkəmlədib. 1 xalı olan "Sabah" isə sonuncu pillədə qalıb.
Qeyd edək ki, günün ilk oyununda "Neftçi" səfərdə "Sumqayıt"la heç-heçə edib - 1:1. Eyni hesab ötən gün keçirilmiş "Qəbələ" - "Zirə" matçında da qeydə alınıb. İlk oyun gününün digər qarşılaşmasında isə "Keşlə" səfərdə "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib.
-------------------------------------
Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Kapital Bank Arena"da "Sumqayıt" və "Neftçi" komandaları üz-üzə gəlib. FIFA referisi Elçin Məsiyevin idarə etdiyi görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hər iki qol ikinci hissədə vurulub. 50-ci dəqiqədə meydan sahiblərindən Murad Xaçayev əks-hücum zamanı uzun reyd edərək, topu rəqib qapısından keçirib. Bundan cəmi 4 dəqiqə sonra qonaqların belçikalı yarımmüdafiəçisi Sabir Buqrin uzaqdan baxımlı qola imza atıb.
77-ci dəqiqədə isə "Sumqayıt"ın və Azərbaycan millisinin zədəsini yenicə bərpa olunmuş hücumçusu Əli Qurbani ikili mübarizə zamanı dizindən xəsarət alaraq, əvəzlənməli olub.
Bu nəticədən sonra "Neftçi" 14 xalla 2-ci, "Sumqayıt" 8 xalla 5-ci pillədə qalıb.
Qeyd edək ki, turun ilk oyun günündə "Keşlə" evdə "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib, "Qəbələ" - "Zirə" matçı isə heç-heçə ilə yekunlaşıb - 1:1. Tura bu gün saat 18:45-də başlanacaq "Sabah" - "Qarabağ" qarşılaşması ilə yekun vurulacaq.
--------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun son 2 oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, bununla da ölkə çempionatında I dövrəyə yekun vurulacaq.
Günün ilk matçı Sumqayıtda yerli komanda ilə "Neftçi" arasında olacaq. Hazırda meydan sahibləri 7 xalla 5-ci, qonaqlar isə 13 xalla 2-ci pillədə qərarlaşıb.
Tur "Sabah" - "Qarabağ" görüşü ilə başa çatacaq. Ağdam klubu 14 xalla turnir cədvəlinə başçılıq edir. Cəmi 1 xalı olan Ramin Quliyevin başçılıq etdiyi kollektiv isə sonuncu sırada yer alıb.
Azərbaycan Premyer Liqası
VII tur
17 oktyabr (bazar)
16:30. “Sumqayıt” – “Neftçi” - 1:1
Qollar: Murad Xaçayev, 50 - Sabir Buqrin, 54
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Kapital Bank Arena”.
18:45. “Sabah” – “Qarabağ” - 1:2
Qollar: Aleksey İsayev, 65 - Filip Ozobiç, 44, Abdullah Zubir, 51
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Vüsal Məmmədov, Səbuhi Bayramov
Qırmızı vərəqə: Xulio Sezar Rodriges, 27 ("Sabah")
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Bank Respublika Arena”.
Qeyd edək ki, ilk oyun günündə "Keşlə" səfərdə "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib. "Qəbələ" - "Zirə" görüşündə isə qalib müəyyənləşməyib - 1:1.