"Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının l təsnifat mərhələsində cavab oyununa çıxıb.
Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar" Niderlandda AZ komandası ilə üz-üzə gəlib.
"AZ Təlim-Məşq Mərkəzi"ində oynanılan görüş Azərbaycan təmsilçisinin 0:7 hesablı məğlubiyyəti ilə başa çatıb. Meydan sahiblərinin heyətində qolları 4-cü və 36-cı dəqiqələrdə Nik Koster, 17-ci dəqiqədə Fedde De Yonq, 43-cü dəqiqədə Miron Van Brederode, 60-cı dəqiqədə Yurre Van Aken, 63-cü dəqiqədə Tom Kerssens və 72-ci dəqiqədə Meks Merdink vurublar.
Bununla da "Qəbələ" UEFA Gənclər Liqasında mübarizəni dayandırıb.
Qeyd edək ki, Qəbələdəki ilk qarşılaşmada Niderland təmsilçisi 4:0 hesablı qələbə qazanmışdı.
-----------------------------------
"Qəbələ" klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının l təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar" Niderlandda AZ komandası ilə üz-üzə gələcək.
Xorvatiyalı Dario Belin idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Qəbələdəki ilk görüşdə Niderland təmsilçisi 4:0 hesablı qələbə qazanıb.
UEFA Gənclər Liqası
Cavab oyunu
19:00. AZ (Niderland) - "Qəbələ" (Azərbaycan) - 7:0
Qollar: Nik Koster, 4; 36, Fedde De Yonq, 17, Miron Van Brederode, 43, Yurre Van Aken, 60, Tom Kerssens, 63, Meks Merdink, 72
İlk oyun - 4:0
Baş hakim: Dario Bel (Xorvatiya)
Alkmar, "AZ Təlim-Məşq Mərkəzi”.