"Keşlə" klubu ötən mövsümün sonunda transferə çıxardığı futbolçusu Con Kamaranı yenidən heyətə cəlb edib.
Bu barədə Sportnet.az-a komandanın baş məşqçisi Sənan Qurbanov məlumat verib.
41 yaşlı mütəxəssisin sözlərinə görə, müqavilə ilə paytaxt təmsilçisinə məxsus olan sierra-leoneli yarımmüdafiəçi özünə yeni klub tapa bilmədiyi üçün geri qayıdıb.
Qeyd edək ki, Con Kamara 2019-cu ilin qışından "Keşlə"də çıxış edir.