Qazaxıstanın "Kayrat" klubunun baş məşqçisi Kurban Berdıyev erməni futbolçu Kamo Ohanesyanın "Qarabağ"a qarşı UEFA Konfrans Liqasının qrup oyunu üçün Bakıya gəlməməsinə münasibət bildirib.
Sportnet.az-ın məlumatına görə, rusiyalı mütəxəssis bunun 29 yaşlı müdafiəçinin şəxsi fikri və qərarı olduğunu söyləyib.
Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kayrat" oyunu saat 20:45-də başlanacaq.