"Qarabağ"ın futbolçusu Qaspar Panadero Qazaxıstan "Kayrat"ına qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyunu üçün iştirak ərizəsinə salınmayıb.
Ağdam klubunun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənın Spotrnet.az-a verdiyi məlumata görə, buna səbəb 24 yaşlı yarımmüdafiəçinin zədəli olmasıdır.
Klub rəsmisi ispaniyalı oyunçunun əzələsini dartdığını və 1-2 həftə yaşıl meydanlardan kənarda qalacağını söyləyib.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kayrat" matçı saat 20:45-də başlanacaq. Daha əvvəl "köhlən-atlar"ın heyətində 3 futbolçunun - Xayme Romero, Bədavi Hüseynov və Elvin Cəfərquliyevin zədə səbəbindən görüşü buraxacağı bəlli olub.