"Legiya" klubu Polşa çempionatının XII turunda "Pyast"ın qonağı olub.
Sportnet.az-ın məlumatına görə, Qlivitse şəhərində təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 4:1. Paytaxt təmsilçisinin yeganə qolunu 21-ci dəqiqədə albaniyalı Ernest Muçi vurub. Onun azərbaycanlı komanda yoldaşı Mahir Emreli isə sonadək meydanda olsa da, fərqlənməyi bacarmayıb.
Bu məğlubiyyətdən sonra "Legiya" 10 oyundan 9 xalla 15-ci pillədə yer alıb. Komandanın ehtiyatda 2 oyunu var.