Polşa "Legiya"sının azarkeşləri komandanın sükanı arxasına Rusiya millisinin sabiq baş məşqçisi Stanislav Çerçesovun qaytarılmasını tələb ediblər.
Sportnet.az-ın məlumatına görə, bu, Varşava təmsilçisinin "Poqon"a 0:2 hesabı ilə uduzduğu Ekstraklasanın XIII tur matçı zamanı baş verib. Fanatlar "Stasu Çerçesov!" şüarını səsləndiriblər.
Çerçesov 2015/2016 mövsümündə "Legiya"ya Polşa çempionluğu və ölkə kubokunu qazandırıb. O, Rusiya millisini iyulda tərk edib.
Qeyd edək ki, "Legiya"da Azərbaycan yığmasının hücumçusu Mahir Emreli də forma geyinir.