"Bavariya" klubunun futbolçusu Niklas Züle koronavirusa yoluxub.
Sportnet.az-ın "Bild"ə istinadən məlumatına görə, 26 yaşlı müdafiəçinin Almaniya yığmasının düşərgəsində verdiyi COVID-19 testinin nəticəsi müsbət çıxıb.
Onunla birlikdə Bundestimin daha 4 oyunçusu karantinə alınıb. Bütün qalan futbolçular və məşqçilər heyəti qarşıdakı görüşlərə hazırlıqlarını davam etdirəcəklər.
Qeyd edək ki, Almaniya yığması noyabrın 11-də Lixtenşteyn, noyabrın 14-də Ermənistanla dünya çempionatının seçmə matçlarında üz-üzə gələcək.