"Zirə" klubunun futbolçusu Davit Volkov Gürcüstan millisinin heyətində debüt edib.
Sportnet.az-ın məlumatına görə, 26 yaşlı hücumçu Tbilisidə İsveç yığmasına qarşı 2022-ci il dünya çempionatının seçmə oyununda meydana çıxıb. Görüşə ehtiyatda başlayan Volkov 70-ci dəqiqədə Tornike Okriaşvilinin əvəzinə oyuna daxil olub.
Qarşılaşma Gürcüstan millisinin qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğlu Xviça Kvaratsxeliya 61-ci və 77-ci dəqiqələrdə vurub.
Qeyd edək ki, Davit Volkov hazırda 8 qolla Azərbaycan Premyer Liqasının bombardiridir.