Türkiyənin "Adana Demirspor" klubunun futbolçusu Mario Balotelli İtaliya yığmasına qayıtmaq istəyindən danışıb.
Sportnet.az-ın məlumatına görə, 31 yaşlı hücumçu hazırda özünü əla formada hiss etdiyini bildirib. O, 2,5 il aradan sonra milli komandaya dönməyə hazır olduğunu vurğulayıb: "Bu, mənim arzumdur. Martda yığmanın sifariş ərizəsində olacağımı bilsəm, Türkiyədən İtaliyaya piyada gedərəm".
Balotelli 2021/2022 mövsümündə Superliqada 12 oyuna 5 qol və 2 məhsuldar ötürmə müəllifi olub. İtaliya yığması dünya çempionatının seçmə mərhələsində qrupu ikinci pillədə bitirib və pley-off mərhələsinə vəsiqə qazanıb.
İlk pilləni tutan İsveçrə millisi Qətərdə təşkil olunacaq mundiala birbaşa vəsiqə qazanıb. İlk pley-off oyunları 24-25 martda, növbəti qarşılaşmalar isə 28-29 martda olacaq.