
Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start verilib.
Sportnet.az məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib.
Turnir cədvəlinin lideri "Qarabağ" "Keşlə"ni qəbul edib. "Azersun Arena"dakı matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk yarıda qapıçı ilə təkbətək epizodda fərqlənə bilməyən Ramil Şeydayev 49-cu dəqiqədə qələbə qolunu vurub.
Bu nəticədən sonra xallarının sayını 26-a çatdıran "köhlən atlar" liderliyini daha da möhkəmləndirib. Paytaxt klubu isə 10 xalla 6-cı sıradadır.
Qeyd edək ki, turun "Zirə" - "Səbail" və "Neftçi" - "Sabah" oyunları noyabrın 20-də, "Qəbələ" - "Sumqayıt" qarşılaşması isə noyabrın 21-də keçiriləcək.
---------------------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma oynanılacaq.
23 xalla lider olan "Qarabağ" 10 xalla 6-cı sırada gedən "Keşlə"ni qəbul edəcək. Ağdam təmsilçisində cəzalı Filip Ozobiç, zədəli oyunçular Xayme Romero, Qaspar Panadero və zədəsini yenicə sağaltmış Bədavi Hüseynov iştirak etməyəcək. Paytaxt klubunda isə Şəhriyar Əliyev cəzalıdır.
Komandalar indiyədək ölkə çempionatlarında 67 dəfə üz-üzə gəliblər. Bunların 31-də "köhlən atlar", 13-də isə "Keşlə" qələbə qazanıb. 23 qarşılaşmada ilə qalib müəyyənləşməyib. Topların fərqində də ağdamlıların üstünlüyü var - 86:43.
Qonaqlar Premyer Liqada rəqibinə qarşı son 12 matçda qalib gələ bilməyib. Meydan sahibləri isə evdəki son iki görüşdən 3 xalla ayrılıb.
Azərbaycan Premyer Liqası, XI tur
19 noyabr (cümə)
19:00. “Qarabağ” – “Keşlə” - 1:0
Qol: Ramil Şeydayev, 49
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“Azersun Arena”
Qeyd edək ki, turun "Zirə" - "Səbail" və "Neftçi" - "Sabah" oyunları noyabrın 20-də, "Qəbələ" - "Sumqayıt" qarşılaşması isə noyabrın 21-də keçiriləcək.