
“Neftçi” Premyer Liqanın XI turunda qarşılaşacağı “Sabah”la matçın hazırlığını başa vurub.
Sportnet.az xəbər verir ki, birgünlük fasilədən sonra noyabrın 16-da hazırlığı bərpa edən komanda bu gün “Bakcell Arena”da son məşqə çıxıb.
Zədəlilər – Tiaqo Bezerra və Sabir Buqrin fərdi hazırlaşırlar. Digər bütün futbolçuların iştirak etdiyi hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib.
Qeyd edək ki, “Neftçi” – “Sabah” oyunu noyabrın 20-si saat 18:15-də “Bakcell Arena”da keçiriləcək.