
Azərbaycan Premyer Liqasında XII turunda “Qəbələ” və “Qarabağ” arasında keçiriləcək görüş rəqiblərin 63-cü dueli olacaq.
Sportnet.az xəbər verir ki, indiyədək 12 dəfə qalib gələn “qırmızı-qaralar” 19 qarşılaşmada heç-heçə edib. Digər 31 matçda isə Ağdam təmsilçisi qələbə qazanıb. 50 qol vuran əyalət komandasının futbolçuları öz qapılarından 92 top buraxıb.
“Qəbələ” Premyer Liqada 52-ci dəfə “Qarabağ”la görüşəcək. İndiyədək keçirilmiş 51 oyunda 10 qələbəsi olan şimallılar 14 dəfə meydanı sülhlə tərk edibsə, 27 dəfə uduzub. Rəqib qapısına 42 dəfə yol tapan “qırmızı-qaralar” 78 top buraxıb.
“Qəbələ” 31-ci dəfə “Qarabağ”ı qəbul edəcək. Əyalət komandası əvvəlki ev oyunlarında 8 qələbə qazanıb, 10 heç-heçə edib və 12 dəfə uduzub. Bu görüşlərdə rəqib qapısından 29 top keçirən "qırmızı-qaralar" 39 qola üzülüb.
Qeyd edək ki, noyabrın 29-da keçiriləcək “Qəbələ” – “Qarabağ” oyunu saat 16:00-da başlayacaq.