Türkiyə "Qalatasaray"ı futbolçusu Kerem Aktürkoğlu ilə müqavilənin müddətini uzadıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiə ilə 5 illik yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, Türkiyə millisinin də formasını geyinən oyunçu 2020-ci ildən İstanbul təmsilçisində çıxış edir.