UEFA Konfrans Liqasının rəsmi tviter hesabı növbəti dəfə "Qarabağ"la bağlı paylaşım edib.
Sportnet.az-ın məlumatına görə, Avropa futbol qurumu Kiprin "Omoniya" klubunun Bakıda Azərbaycan təmsilçisinə uzaq məsafədən vurduğu qolu yayımlayıb.
Postda "Jordi Qomes bunu 90-cı dəqiqədə edib" yazılıb.
Qeyd edək ki, "Qarabağ" - "Omoniya" görüşü 2:2 hesablı heç-heçə başa çatıb. "Köhlən atlar" dekabrın 9-da UEFA Konfrans Liqasının qrup mərhələsinin sonuncu - VI turunda İsveçrədə "Bazel"in qonağı olacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Ağdam təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.
???? Jordi Gómez did this in the 90th minute... ????????????@OMONOIAfootball | #UECL pic.twitter.com/x3pfrOBRjE
— UEFA Europa Conference League (@europacnfleague) December 7, 2021