21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin və Ukrayna "Aleksandriya"sının yarımmüdafiəçisi Emil Mustafayev zədəsini sağaldıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə Aleksandriya şəhərinin eyniadlı təmsilçisinin baş məşqçisi Yuri Qura klubun rəsmi saytına açıqlama verib.
Onun sözlərinə görə, 20 yaşlı oyunçu hazırda bərpa prosesi keçir: "Tibbi xidmətimiz hər şeyi nəzarət altında saxlayır. Ümid edirik ki, bütün zədəlilər sıraya mümkün qədər tez qayıdacaq".
Qeyd edək ki, Emil Mustafayev Azərbaycan millisinin Norveçə 1:2 hesabı ilə uduzduğu Avropa çempionatının seçmə oyununda zədələnib.