
Avropa Liqasının 1/16 mərhələsində "Feyenoord"la İtaliyanın "Roma" klubu arasında Hollandiyada keçirilən matç təxirə salınıb. Sportnet.az-ın məlumatına görə, qarşılaşmanın 54-cü dəqiqəsində baş hakimin meydan sahiblərinin futbolçusu Mitçell Te Vredeyə qırmızı vərəqə göstərməsi azarkeşlərin narazılığına səbəb olub.
Gərgin atmosferin olduğunu görən baş hakim həmkarları ilə birgə komandaları da paltardəyişmə otağına göndərib. Bir neçə dəqiqədən sonra matç qaldığı yerdən davam edib.


















































































