"Neftçi" ilə yollarını ayıran futbolçu Romen Bask özünə yeni komanda tapıb.
Sportnet.az-ın məlumatına görə, 26 yaşlı müdafiəçi Fransa Liqa 2-də mübarizə aparan “Şatoru” ilə anlaşıb. Oktyabrda “Şatoru”ya baş məşqçi təyin olunan Metyu Çabertin istəyi nəticəsində Baskla razılıq əldə olunub. O, yeni komandası ilə 1,5 illik müqavilə bağlayacaq.
Qeyd edək ki, bu ilin yayında “Havr”dan “Neftçi”yə keçən Romen Bask Premyer Liqanın ilk yarısında 6 matçda iştirak edib.