"Qəbələ" qış fasiləsində ilk transferini gerçəkləşdirib.
Komandanın baş məşqçisi Elmar Baxşıyevin Sportnet.az-a verdiyi məlumata görə, əyalət təmsilçisi Avstriyanın "Admira Vakker" klubunun hücumçusu Patrik Robson de Souza Monteyro ilə anlaşıb.
41 yaşlı mütəxəssis bildirib ki, braziliyalı forvardı icarə əsasında heyətə qatacaqlar: "Hazırda müqavilə müddəti ilə bağlı bəzi detallar dəqiqləşdirilir. 23 yaşlı oyunçu Yeni ildən sonra komandaya qoşulacaq".
Qeyd edək ki, Patrik Robson de Souza Monteyro cari mövsüm hazırkı klubunda cəmi 2 oyun keçirib və qol vura bilməyib. O, daha əvvəl Avstriyanın "Horn" komandasında çıxış edib və 30 oyunda 6 dəfə fərqlənib.