İrlandiyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması daha bir yoldaşlıq oyunu keçirib. Sportnet.az-ın məlumatına görə, millimiz irlandiyalı həmyaşıdları ilə son 3 gün ərzində ikinci dəfə üz-üzə gəlib.
Bu dəfə baş məşqçi Nikolay Adamın komandası 0:2 hesabı ilə uduzub. Yığmamız görüşü 9 futbolçu ilə başa vurub. 79-cu dəqiqədə Elgün Uluxanov, 82-ci dəqiqədə İlkin Sadıqov ikinci sarı vərəqə alaraq, meydandan qovulublar.
Qeyd edək ki, Azərbaycan millisi İrlandiya ilə ilk yoldaşlıq görüşündə böyük hesabla yenilib - 0:6.