Bakıda təlim-məşq toplanışını davam etdirən "Neftçi" komandası növbəti məşqinə çıxıb.
Sportnet.az-ın məlumatına görə, hazırlıq prosesi Türk Hava Yolları Futbol Mərkəzində gerçəkləşib.
Məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub. İlk olaraq isinmə hərəkətlərini icra edən futbolçular daha sonra topla çalışmalara üstünlük veriblər.
Məşqdə koronavirusa yoluxmuş Sezar Meza Kolli ilə Tiaqo Bezerra, icazəli Mamadu Mboc, Afrika Millətlər Kubokunun oyunları üçün Qvineya millisinin düşərgəsində olan Mamadu Kane və karantində olan Korrea iştirak etməyib.
Yeni transfer Azər Salahlı qaçışla kifayətlənib