
Afrika Millətlər Kubokuna start verilib.
Sportnet.az-ın məlumatına görə, açılış oyununda təşkilatçı Kamerun yığması Burkina-Faso ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.
Hər 3 qol ilk yarıda vurulub. 24-cü dəqiqədə Qustavo Sanqare Burkina-Faso millisini önə çıxarıb. Lakin Vensan Abubakar 40-cı dəqiqədə penalti ilə bərabərlik, 45+3-cü dəqiqədə isə qələbə topunu vurub.
Qeyd edək ki, A qrupunda ilk turun digər oyunu Efiopiya və Kabo-Verde yığmaları arasında keçiriləcək. Görüş bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.