
"İndi özümü "Neftçi"də qarşıya qoyulan məqsədlərə çatmaq üçün daha hazır hesab edirəm".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin braziliyalı futbolçusu Ramon Maçado ölkəsinin mətbuatına açıqlamasında deyib.
31 yaşlı hücumçu bildirib ki, azarkeşlər artıq onun timsalında meydanda daha güclü və həlledici oyunçu görəcəklər: "İnanıram ki, onların ümidlərini doğruldacağam".
Təcrübəli forvard 2022-ci ildən ümidli olduğunu söyləyib: "Neftçi"nin hədəflərinə çatması üçün daha çox oynamaq, qol vurmaq və faydalı olmaq istəyirəm".
Qeyd edək ki, Ramon Maçado "Neftçi" ilə 1 illik müqavilə imzalayıb.