
Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayev vida matçı keçirəcək.
Sportnet.az-ın məlumatına görə, bu barədə veteran qolkiper "CBC Sport"da yayımlanan "Bizim futbol" verilişində açıqlama verib.
O, planda belə bir görüşün olduğunu bildirib: "Həm "Səbail", həm də AFFA rəhbərliyi ilə danışmışıq. Belə bir oyun, aarkeşlərlə görüş planlaşdırılıb. Amma vaxtı dəqiq bilinmir".
Qeyd edək ki, Kamran Ağayevin son klubu "Səbail" olub.