ABŞ-ın Milli Futbol Liqasında (MLS) çıxış edən "İnter Mayami" klubunun mövsümöncəsi məşqində maraqlı hadisə baş verib.
Sportnet.az-ın məlumatına görə, komandanın futboçusu Brek Şey hazırlıq prosesi zamanı əlləri ilə ilan tutub.
32 yaşlı yarımmüdafiəçi sürünənin bazadan uzaqlaşdırılmasına kömək edib.
İlan ABŞ-dan olan oyunçunun ayağından sarılmağa çalışsa da, Şey onu zibil qabına atıb. Daha sonra klub əməkdaşı heyvanı bazadan uzaqlaşdırıb.
We can confirm ???? https://t.co/QfflulFN0V pic.twitter.com/EEqwYrl6GP
— Inter Miami CF (@InterMiamiCF) January 20, 2022