
Polşanın "Legiya" klubu heyətini daha əvvəl Azərbaycan yığmasından təklif almış futbolçu Ramil Mustafayevlə anlaşıb.
Sportnet.az "Legia.net" nəşrinə istinadən xəbər verir ki, Jeşuv "Stal"ında çıxış edən 19 yaşlı müdafiəçi yeni klubunda tibbi müayinədən keçdikdən sonra müqaviləyə imza atacaq.
Rusiyanın Mahaçqala şəhərində anadan olmuş Mustafayev kiçik yaşlarında Polşaya köçüb. O, 2019-cu ildən "Stal"da çıxış edir.
Qeyd edək ki, müqavilə ilə "Legiya"ya məxsus olan və klubdan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.