Rusiyanın "Ufa" klubu Azərbaycan əsilli futbolçusu Azər Əliyevlə vidalaşıb.
Sportnet.az-ın Başqırdıstan təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
"Neftçi"nin danışıq apardığı təcrübəli oyunçunun "ağ-qaralar"a keçəcəyi gözlənilir.
Qeyd edək ki, Azər Əliyev "Ufa"ya 2018-ci ildə "Krılya Sovetov"dan keçmişdi.