"Neftçi"nin yeni transferi Azər Əliyev azərbaycanlı futbolçu statusunda oynayacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə "ağ-qaralar"ın idman direktoru Zaur Əzizov klubun rəsmi televiziyasına açıqlama verib.
Əzizov deyib ki, 28 yaşlı yarımmüdafiəçi azərbaycanlıdır: "Bununla bağlı açılqlama veriləcək. Onunla bütün danışıqlar doğma dildə olub".
Peşəkar Futbol Liqasının texniki idman şöbəsinin müdiri Elgiz Abbasov "Report"a bildirib ki, futbolçunun hansı statusta oynayayacağı barədə qeydiyyat və sifariş üçün sənədlər təqdim edilən zaman açıqlama verə bilər.
Qeyd edək ki, son klubu Rusiya "Ufa"sı olan Azər Əliyev "Neftçi" ilə 3,5 illik müqavilə imzalanıb. Futbolçunun Azərbaycan millisinə cəlb olunması da gündəmdədir.