UEFA İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Kayl Uokerin diskvalifikasiya müddətini uzadıb.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna 32 yaşlı müdafiəçinin Almaniyada "Leyptsiq"ə 1:2 hesabı ilə uduzduqları Çempionlar Liqasının qrup mərhələsinin VI tur matçında qırmızı vərəqə alması səbəb olub. Nəticədə ingiltərəli futbolçuya verilmiş cəza 3 oyunadək artırılıb.
Beləliklə, Uoker Portuqaliya "Sportinq"ə ilə 1/8 final mərhələsinin hər iki görüşünü buraxacaq. Həmçinin "şəhərlilər" 1/4 finala çıxacağı təqdirdə, müdafiəçi bu raundun ilk qarşılaşmasında da iştirak etməyəcək.