"Sabah" braziliyalı futbolçu Vaqner Lava təklif göndərib.
Sportnet.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Murad Musayev mətbuat konfransında açıqlama verib.
Rusiyalı mütəxəssis 38 yaşlı forvardın dəvəti qəbul etmədiyini bildirib: "Onun bura gəlməsini istəyirdik. Təklif də göndərmişdik. Sadəcə, Danimarkada oynamağı seçdi".
Qeyd edək ki, Vaqner Lavın son klubu Qazaxıstan "Kayrat"ı olub. O, daha əvvəl Rusiyanın MOİK, Fransanın "Monako", Türkiyənin "Alanyaspor" və "Beşiktaş" komandalarında çıxış edib.