
"Qəbələ" ilə müqavilə müddəti başa çatmış Rail Məlikov bu gün komanda ilə birgə Sloveniyaya təlim-məşq toplanışına getməyib. Sportnet.az-ın məlumatına görə, bu, heç də təcrübəli müdafiəçinin klubundan ayrılması ilə əlaqədar deyil.
Futbolçunun övldaının bu gün boğaz ətinin kəsdirməsi Məlikovun səfərə yollanmasına mane olub. Məlikovun 2 gündən sonra komanda yoldaşlarına qoşulacağı gözlənilir. O, klubla müqaviləsini rəsmən məhz Sloveniyada uzadacaq.