
Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, turun son oyununda "Sumqayıt" "Səbail"in qonağı olub. "ASCO Arena"dakı qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
Matçda hesabı meydan sahibləri açıblar. Domantas Şimkus 17-ci dəqiqədə uzaq məsafədən baxımlı qola imza atıb. 65-ci dəqiqədə isə "gənclik şəhəri" təmsilçisi tarazlığı bərpa edib. "Dənizçilər"in heyətində Camal Araqo avtoqol müəllifi olub.
Bu heç-heçədən sonra "Sumqayıt" 13 xalla 7-ci, "Səbail" isə 11 xalla sonuncudur.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" səfərdə "Keşlə"yə 1:0, "Qarabağ" "Neftçi"yə 2:1, "Sabah" isə evdə "Qəbələ"yə 3:0 hesabı ilə qalib gəlib.
-----------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Sabah" öz meydanında "Qəbələ"ni qəbul edib. "Bank Respublika Arena"da baş tutan qarşılaşma paytaxt təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahiblərinin heyətində qolları 38-ci dəqiqədə Coy-Lens Mikels, 41-ci dəqiqədə Xuan Kamara və 76-cı dəqiqədə Xulio Sesar Rodriges vurublar.
Bu qələbədən sonra xallarını 20-yə çatdıran "Sabah" 5-ci pillədəki mövqeyini qoruyub. Hazırda bu komandanı 4-cü sıradakı "Neftçi"dən cəmi 2 xal ayırır. "Qəbələ" isə 26 xalla ikincidir.
Qeyd edək ki, ilk oyun günündə "Zirə" səfərdə "Keşlə"ni 1:0, "Neftçi" isə "Qarabağ"ı 2:1 hesabı ilə məğlub edib. Tura bu gün keçiriləcək "Səbail" - "Sumqayıt" matçı ilə yekun vurulacaq.
------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, son oyun günündə daha 2 qarşılaşma baş tutacaq.
Günün ilk matçında 26 xalla 2-ci pillədə qərarlaşan "Qəbələ" 17 xalla 5-ci sırada yer alan "Sabah"ın qonağı olacaq. Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək görüş saat 17:00-da başlayacaq.
Komandalar indiyədək ölkə çempionatında 13 dəfə üz-üzə gəliblər. Bu oyunların 6-da paytaxt təmsilçisi, 5-də əyalət klubu qələbə qazanıb. 2 qarşılaşmada isə qalib müəyyənləşməyib. Topların nisbətində də meydan sahiblərinin üstünlüyü nəzərə çarpır - 17:14.
"Qəbələ" son üç qarşılaşmada meydanı qolsuz tərk etməyib. "Sabah"ın meydanındakı son üç görüşdə qol vuran komanda qalib gəlib.
Turun son oyunu "Səbail" və "Sumqayıt" komandaları arasında olacaq. Hazırda "dənizçilər" 10 xalla autsayderdir. Rəqibindən 2 xal çox toplayan "gənclik şəhəri" təmsilçisi isə 7-ci pilləni tutur.
İki kollektiv Premyer Liqada daha əvvəl 16 dəfə qarşılaşıb. 6 oyun paytaxt təmsilçisinin, 8 görüş isə Sumqayıtın eyniadlı komandasının xeyrinə başa çatıb. 2 qarşılamada heç-heçə qeydə alınıb. Bu oyunlarda Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv 13, Aleksey Baqanın rəhbərlik etdiyi komanda isə 17 qol vurub. Yeri gəlmişkən, bu, Baqanın "Sumqayıt"ın sükanı arxasına ölkə çempionatında debüt matçı olacaq.
Son dörd qarşılaşmada qol vuran komanda qalib gəlib. “Sumqayıt” bu görüşlərdən yalnız birində uduzub.
Azərbaycan Premyer Liqası
XV tur
8 fevral (çərşənbə axşamı)
17:00. “Sabah” – “Qəbələ” - 3:0
Qollar: Coy-Lens Mikels, 38. Xuan Kamara, 41. Xulio Sesar Rodriges, 76
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Cavanşir Yusifov, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bank Respublika Arena".
19:15. “Səbail” – “Sumqayıt” - 1:1
Qollar: Domantas Şimkus, 17 - Camal Araqo, 65 (avtoqol)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Rövşən Rəcəbov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“ASCO Arena”.
Qeyd edək ki, turun ilk oyun günündə "Zirə" səfərdə "Keşlə"ni 1:0, "Qarabağ" isə "Neftçi"ni 2:1 hesabı ilə məğlub edib.