İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu "Sautgempton"la 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXV tur matçında komanda yoldaşı Entoni Elanqaya tüpürüb.
Sportnet.az-ın "Daily Express"ə istinadən məlumatına görə, hadisə final fitindən sonra baş verib. Portuqaliyalı hücumçunun bu hərəkəti bilərəkdən etmədiyi iddia olunub.
Qeyd edək ki, Kriştianu Ronaldu 6 oyundur qol vura bilmir. 37 yaşlı forvard bu mövsüm ölkə çempionatında 20 qarşılaşmada 8 dəfə fərqlənib.