Fransada "Marsel" və "Qarabağ" komandaları arasında keçirilmiş UEFA Konfrans Liqasının ilk pley-off oyunundan sonra nişan üzüyü tapılıb.
Sportnet.az-ın məlumatına görə, üzüyü yerli fan-klub üzvü sosial şəbəkədə paylaşıb. Jerom adlı şəxs zinət əşyasını "Velodrom" stadionunun şimal çıxışından tapdığını bildirib.
Brilliantlarla bəzədilmiş üzüyün parıltısı diqqəti cəlb edib. Onun içərisində üzük sahibinin adı və ərsəyə gəlmə tarixi də göstərilib.
Jerom üzüyün fotolarını paylaşaraq, onun yiyəsini axtardığını bildirib: "Bilmirəm ki, qiyməti nə qədərdir. Sadəcə, üzüyü onun yiyəsinə qaytarmaq istəyirəm. Qoy, gəlib götürsün. Bazar günü "Klermon"la oyunda da stadionda olacağam. Üzüyü qaytarmağım üçün biz görüş barədə razılığa gələ bilərik".
Qeyd edək ki, matç "Marsel"in qələbəsi ilə yekunlaşıb - 3:1. Cavab oyunu fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.
Appel à tous j ai trouvé une alliance gravée à la sortie du virage nord juste avant les escaliers
— JP0️⃣Ⓜ️⭐ (@Fanaticsjp13) February 17, 2022
Si quelqu'un la reconnaît ou même encore mieux sa propriétaire venez en mp pas sérieux s abstenir j ai pas que ça à faire
Merci de partager @OM_Officiel #TeamOM pic.twitter.com/jJbBN0fAOu