İtaliyanın "Yuventus" klubunun futbolçusu Duşan Vlahoviç UEFA Çempionlar Liqasında yeni nailiyyətə imza atıb.
Sportnet.az-ın məlumatına görə, 22 yaşlı hücumçu şəxsi uğurunu İspaniyada "Vilyarreal"la 1:1 hesablı heç-heçə etdikləri 1/8 final mərhələsinin ilk oyununda gerçəkləşdirib.
33-cü saniyədə fərqlənən serbiyalı forvard turnirdəki debüt matçında ən erkən ikinci qolun müəllifi kimi tarixə düşüb.
Daha əvvəl ukraynalı Yevgeni Konoplyanka 2015-ci ildə İspaniya "Sevilya"sında çıxış edərkən 84-cü dəqiqədə oyuna çıxdıqdan 19 saniyə sonra topu rəqib qapısından keçirib. Forvard Almaniyanın "Borussiya" (Mönxenqladbax) komandasına 3:0 hesabı ilə qalib gəldikləri I tur görüşündə sonuncu qola imza atıb.