UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
"Report"un məlumatına görə, bununla da 1/4 finalın bütün iştirakçıları müəyyənləşib.
İspaniya "Vilyarreal"ı İtaliyada "Yuventus"un qonağı olub. Qarşılaşma "sarı sualtı qayığ"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. İlk qolu 78-ci dəqiqədə penaltidən Jerar Moreno vurub. 85-ci dəqiqədə Pau Torres fərqi 2 topa çatdırıb. Oyunun əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə penaltidən fərqlənən Arno Qrüneveld isə yekun hesabı müəyyənləşdirib. İlk görüşdə 1:1 hesablı heç-heçə qeydə alındığından ispaniyalar növbəti mərhələyə adlayıblar.
Gecənin digər oyununda İngiltərənin "Çelsi" klubu Fransada "Lill" komandası ilə qarşılaşıb. İlk matçda rəqibini 2:0 hesabı ilə məğlub edən "zadəganlar" cavab görüşündə də qələbə qazanıb - 2:1. Oyunda hesabı meydan sahibləri açıblar. 38-ci dəqiqədə Türkiyə millisinin hücumçusu Burak Yılmaz 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. İlk hissənin əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə Kristian Pulişiç tarazlığı bərpa edib. Qarşılaşmada son nöqtəni isə 71-ci dəqiqədə "Çelsi"nin kapitanı Sesar Asplikueta qoyub. Bu nəticədən sonra İngiltərə təmsilçisi adını növbəti raunda yazdırıb.
Qeyd edək ki, daha əvvəl İngiltərənin "Liverpul" və "Mançester Siti", İspaniyanın "Real Madrid" və "Atletiko" (Madrid), həmçinin Almaniyanın "Bavariya" və Portuqaliyanın "Benfika" klubları 1/4 finala vəsiqə əldə edib. Bu mərhələnin püşkatma mərasimi martın 18-də keçiriləcək.
-------------------------------------------
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, bununla da 1/4 finalın son iki iştirakçısı bəlli olacaq.
İspaniya "Vilyarreal"ı İtaliyada "Yuventus"un qonağı olacaq. Qarşılaşmanı polşalı Şimon Marçinyak idarə edəcək. İlk görüşdə qalib müəyyənləşməyib - 1:1.
Meydan sahiblərindən Leonardo Bonuççi, Ueston Makkenni, Denis Zakariya və Federiko Kyeza zədə səbəbindən oyunda iştirak edə bilməyəcəklər. Qonaqların heyətində isə ciddi itki yoxdur.
Gecənin digər oyununda İngiltərənin "Çelsi" klubu Fransada "Lill" komandası ilə qarşılaşacaq. Görüşün baş hakimi italiyalı Davide Massa olacaq. Londondakı ilk qarşılaşmada "zadəganlar" 2:0 hesablı qələbə qazanıblar.
"Lill"in heyətində Renatu Sanşeş, "Yuventus"da isə Ben Çiluel və Ris Ceyms zədəli olduqları üçün bu oyunu buraxacaqlar.
UEFA Çempionlar Liqası, 1/8 final
Cavab oyunları
16 mart
00:00. "Yuventus" (İtaliya) - "Vilyarreal" (İspaniya) - 0:3
Qollar: Jerar Moreno, 78 (pen.). Pau Torres, 85. Arno Qrüneveld, 90+2
Baş hakim: Şimon Marçinyak (Polşa)
İlk oyun - 1:1
00:00. "Lill" (Fransa) - "Çelsi" (İngiltərə) - 1:2
Qollar: Burak Yılmaz, 38 (pen.) - Kristian Pulişiç, 45+3. Sesar Asplikueta, 71
Baş hakim: Davide Massa (İtaliya)
İlk oyun - 0:2.
Qeyd edək ki, daha əvvəl İngiltərənin "Liverpul" və "Mançester Siti", İspaniyanın "Real Madrid" və "Atletiko" (Madrid), həmçinin Almaniyanın "Bavariya" və Portuqaliyanın "Benfika" klubları 1/4 finala vəsiqə əldə edib.