Əfsanəvi futbolçu Fabio Kannavaro İtaliya millisinin baş məşqçisi ola bilər.
Sportnet.az "Sky Sport"a istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis bu postda Roberto Mançininin yerinə namizəddir.
Federasiya rəhbərliyi Marçello Lippinin də namizədliyini nəzərdə keçirir.
İtaliya seçməsi dünya çempionatının pley-off mərhələsinin yarımfinal oyununda Şimali Makedoniyaya 0:1 hesabı ilə uduzaraq ardıcıl ikinci dəfə mundialda iştirakdan məhrum olub.
Qeyd edək ki, Fabio Kannavaro 2006-cı ildə yığma ilə dünya çempionu olub. Keçmiş müdafiəçi son olaraq 2019-cu ildə Çin millisinə rəhbərlik edib.