"Budyo Qlimt" və "Rusenborq" komandaları arasında keçirilmiş Norveç çempionatının I tur oyunu mobil telefon vasitəsilə tribunadan yayımlanıb.
Sportnet.az-ın məlumatına görə, elektrik enerjisi olmadığı üçün yarışın hüquq və yayımlarına sahib olan "Discovery" TV-nin əməkdaşı bu addımı atıb.
Tamaşaçılar qarşılaşmanı bir müddət belə izləməli olublar.
Qeyd edək ki, görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.