UEFA "Keşlə" klubunun ad dəyişiklinə İstisna yanaşmanın tətbiq olunması ilə bağlı AFFA-nın müraciətini cavablandırıb.
Sportnet.az-ın milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, Lisenziyalaşdırma Qrupunun “Şamaxı” Futbol Klubunun “Keşlə”nin varisi kimi tanınması və “3 illik üzvlük qaydası”nın istisna edilməsi üçün müraciətinə UEFA-nın Klubların Maliyyə Nəzarəti üzrə Orqanı (CFCB) müsbət cavab verib.
UEFA-nın “Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play” qaydalarında UEFA lisenziyasının alınması üçün tələb olunan meyarlardan biri də lisenziya iddiaçısının lisenziyalaşdırma mövsümünün əvvəlində ən azı ardıcıl 3 il ərzində fəaliyyət göstərməsi və daxili yarışlarda iştirak etməsidir.
AFFA-nın müvafiq müraciəti nəzərə alınaraq, təqdim olunmuş sənədlərə əsasən UEFA-nın Klubların Maliyyə Nəzarəti üzrə Orqanı (CFCB) müsbət qərar qəbul edib.