İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola Braziliya milli komandasına rəhbərlik edə bilər.
Sportnet.az "Marca"ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Cənubi Amerika təmsilçisinin sükanı arxasına keçməyə əsas namizəd hesab olunur.
52 yaşlı baş məşqçinin bu il Qətərdə keçiriləcək dünya çempionatından sonra yeni işinə başlaya biləcəyi iddia edilib. Braziliya Futbol Federasiyasının Qvardiola və nümayəndələri ilə əlaqə saxladığı və ona 2026-ci ilədək müqavilə təklif etdiyi bildirilib. Təcrübəli mütəxəssis yığmada işləməyə razılıq versə, illik 12 milyon avro qazanacaq.
Qeyd edək ki, hazırda Braziliya millisinə Tite başçılıq edir.