"Rəqibi və azarkeşlərimizi təbrik edirəm. İstəməzdim ki, onlar qarşısında uduzaq. Gələcəkdə tərəfdarlarımızı sevindirməyə çalışacağıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Şamaxı" komandasının baş məşqçisi Sənan Qurbanov evdə "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXII tur matçından sonra CBC Sport-a açıqlamasında deyib.
42 yaşlı mütəxəssis Şamaxı şəhər stadionunda əsl futbol ab-havasının olduğunu bildirib: "Qol da vurduq, lakin rəqibin heyətində keyfiyyətli futbolçular çoxdur. Birinci hissədə pressinq tətbiq etdik. "Neftçi" ikinci hissədə daha istəkli, aqressiv olacaqlarını başa düşürdük. İkinci hissədə daha bir hücumçu buraxaraq, iki qol vurdular. Usta futbolçular imkanlardan yararlandılar. Oyunun sonlarında təşəbbüs bizdə idi".
Qurbanov komandanın daim Şamaxıda qalacağını bilmədiyini söyləyib: "Gələcəkdə necə olacağını bilmirəm. Ola bilər ki, bir neçə gün əvvəl gəlib burada məskunlaşaq".