Futbol üzrə İngiltərə Premyer Liqasında XXXII tura mərkəzi oyunla yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, cari mövsüm çempionluğa iki əsas namizəd - "Mançester Siti" və "Liverpul" klubları üz-üzə gəliblər. "Etihad" stadionundakı matçda qalib müəyyənləşməyib - 2:2.
Görüşdə hesabı meydan sahibləri erkən qolla açıblar. 5-ci dəqiqədə Kevin De Brüyne komandasını önə keçirib. Lakin "şəhərlilər"in üstünlüyü cəmi 8 dəqiqə çəkib. Dioqu Jota hesabı bərabərləşdirib. 36-cı dəqiqədə Qabriel Jezus "Liverpul"u yenidən meydanın mərkəzinə dəvət edib. 46-cı dəqiqədə isə mersisaydlıların heyətində Sadio Mane yekun hesabı müəyyənləşdirib.
Bu nəticədən sonra xallarını 74-ə çatdıran "Mançester Siti" zirvədəki mövqeyini qoruyub. Liderdən 1 xal geri qalan "Liverpul" isə 2-ci pillədə qərarlaşıb.