
İngiltərənin "Tottenhem" klubunun baş məşqçisi Antonio Konte koronavirusa yoluxub.
Sportnet.az-ın "Evening Standard"a istinadən məlumatına görə, 63 yaşlı mütəxəssisin testi pozitiv çıxıb.
İtaliyalı baş məşqçi hazırda karantindədir.
Qeyd edək ki, London təmsilçisi aprelin 16-da İngiltərə Premyer Liqasının XXXII turunda "Brayton"u qəbul edəcək.