Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Türkiyə "Bursaspor"unda növbəti qolunu vurub.
Sportnet.az-ın məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi səfərdə "İstanbulspor"a qarşı keçirdikləri I Liqanın 32-ci tur matçında fərqlənib. O, 7-ci dəqiqədə mert Yılmazın məhsuldar ötürməsindən sonra hesabı açıb.
Bu, Ələskərovun Bursa təmsilçisində 5-ci qolu olub.
Qeyd edək ki, hazırda matçda ilk yarı oynanılır və hesab bərabərdir - 1:1.