Türkiyə I Liqasında XXXII turun "İstanbulspor" - "Bursaspor" oyununda ara qarışıb.
Sportnet.az-ın məlumatına görə, 86-cı dəqiqədə qonaq komandanın futbolçusu Joao Pedro rəqibin cərimə meydançası daxilində kobudluqla üzləşsə də, baş hakim Burak Pakkan penalti təyin etmək əvəzinə portuqaliyalı hücumçuya sarı vərəqə göstərib.
Bundan qəzəblənən "Bursaspor" referiyə ciddi etiraz edib. Pakkan isə komandanın futbolçusu Mert Yılmaza və baş məşqçisi Mustafa Erə qırmızı vərəqə göstərib.
Görüş isə "İstanbulspor"un qələbəsi ilə yekunlaşıb - 3:1. "Bursaspor"un yeganə qolunu sonadək meydanda olan Azərbaycan millisinin futbolçusu Namik Ələskərov 7-ci dəqiqədə vurub. O, uzatma dəqiqələrində ayağından zədələnsə də, oyuna davam edə bilib.